ABŞ prezidentinin müşaviri və qızı İvanka Tramp sahibi olduğu ayaqqabı və paltar brendini ləğv etmək qərarına gəlib. FED.az xəbər verir ki, İvanka Tramp bu addımı şəxsi biznes və ölkə prezidentinin müşaviri vəzifəsi arasında maraqların toqquşması hallarına yol verməmək məqsədilə atıb.
Nəşr İvankanın qərarı çətinliklə verdiyini qeyd edir. O bütün əməkdaşlara şirkətin işində iştirak etdiklərinə görə minnətdarlığını bildirib.
Bundan əvvəl KİV-lər ABŞ və Çin arasında ticarət müharibəsi şəraitində İvanka Tramp brendinin fəaliyyəti barədə yazaraq, Çin istehsalçılarının İvanka Tramp brendi üçün müxtəlif mallar istehsal etdiklərini vurğulayıblar.