İtaliyanın meyvə və tərəvəz istehsalçısı, idxalatçısı və ixracatçısı sayılan “Macfrut”şirkəti Cənubi Qafqazda bazarını genişləndirmək niyyətindədir və bu məqsədlə regiona səfərlər təşkil edib.
FED.az xəbər verir ki, səfərlərin son dayanacağı olaraq Azərbaycana gələn şirkət təmsilçiləri müxtəlif iş adamları ilə görüşərək təkliflərini bildiriblər. Missiyanın rəhbəri Renço Piraççini deyib ki, Azərbaycanın orqanik əsaslarla yetişdirilmiş meyvə və tərəvəzləri İtaliya alıcısına maraqlıdır. Ölkədə ildə 2,8 milyon ton meyvə istehsal olunur ki, bunun da 576 mini xaricə satılır. Həmçinin torpaqlarımızda yetişdirilən kartof, pomidor, alma, nar, həmçinin gilənar şirəsi İtaliya bazarlarında alıcı tapmağa hazırdır.
Eləcə də bax: İtaliya şirkəti Balaxanı Sənaye Parkında faəliyyətə başlamağa hazırlaşır
“Macfrut” da region ölkələri ilə təcrübələrini bölüşməyə hazır olduğunu ifadə edib.
Azərtac