İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən İsveçrənin kimya sənayesi şirkətinin törəməsi SİKA MMC Azərbaycan vasitəsilə Mərkəzi Asiya bazarına daxil olur.
Eləcə də bax: “Azərsun Holdinq”in şirkəti “PAŞA Holdinq”in şirkətinə qoşulur
FED.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Adəm Yayla məlumat verib.
"Bu həftə Özbəkistana 12 min manat dəyərində sement tərkibli quru qarışıqlar göndərəcəyik. Lakin gələcəkdə oradan yenə də təkliflər gözləyirik. İxracın dəyərini 300-400 manata çatdıra bilərik ki, bu da Azərbaycan iqtisadiyyatına töhfə verəcək. Paralel olaraq Azərbaycandan Gürcüstana ixrac barədə də danışıqlar aparırıq”, - o qeyd edib.
Xatırladaq ki, SİKA 1910-cu ildə yaradılıb və onun 104 ölkədə 200-dən artıq fabriki fəaliyyət göstərir. Şirkət Azərbaycan bazarına 2005-ci ildə daxil olub. Onun yerli törəməsinin nizamnamə kapitalı 5,3 milyon manatdır. (Report)