İsveçdə müflis olmaq üçün müraciət edən şirkətlərin sayı yanvar ayında 2022-ci ilin eyni ayı ilə müqayisədə 47% artaraq 622-yə çatıb ki, bu da son 10 ildə ölkə üçün rekord göstəricidir.
Rusiyanın bank sektorunda problemli kreditlərin həcmi - SÜRƏTLƏ ARTMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Creditsafe-in məlumatına görə, yanvar ayında müflisləşən beş böyük şirkətdən üçü tikinti sənayesindən olub. Buna səbəb mənzil bazarındakı böhrandır.
Daşınmaz əmlaka tələbin azalması onun orta qiymətinin ötən ilin birinci rübünün pik dəyərləri ilə müqayisədə 16% ucuzlaşmasına səbəb olub.
Kaliforniya Universitetinin iqtisadçısı Joanna Blome bildirib ki, pərakəndə satış şirkətləri və otellər payızda müflis olub və hazırda tendensiya sənaye və investisiya ilə bağlı sektorlarda müşahidə olunur.
Böhranın tikintinin ləngiməsinə gətirib çıxaracağı və 350 mindən çox insanın işlədiyi sektorda məşğulluğa zərbə vuracağı gözlənilir.