Gələn həftə İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, fevralın 17-də Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-bub təşkilatçılığı ilə baş tutacaq.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gakharia və digər rəsmi və iş adamlarının iştirakı gözlənilir.
Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.