İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı “Vergi islahatı 2020”-yə həsr olunub.
FED.az xəbər verir ki, “İslahat İcmalı”nın xüsusi buraxılışı "Deloitte" şirkətinin dəstəyilə hazırlanıb.
Eləcə də bax:Azərbaycanda islahatları izləmək üçün - PORTAL YARADILIB
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı “Vergi islahatı 2020”-yə həsr olunub. İcmalda "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanun layihəsi şərh edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin nitqindəki fikirlərdən istifadə olunub və bildirilib ki, aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin olunur, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur.
Qeyd edək ki, “İslahat icmalı”nda vergi ödəyicisi və vergi orqanlarının hüquq və vəzifələri, vergi nəzarəti, maliyyə sanksiyaları, elektron qaimə-faktura, mənfəət vergisi, əlavə dəyər vergisi, aksiz verigisi, sadələşdirilmiş vergi, riskli vergi ödəyiciləri, transmilli şirkətlər qrupu və digər dəyişikliklər barədə məlumatlar verilib. Deloitte şirkətinin dəstəyilə hazırlanan “İslahat icmalı” ilə iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış ola bilərsiniz.