Banner

Biznes

İşini bitirsə də - BAKIDA QALAN SƏFİRLƏR

İşini bitirsə də - BAKIDA QALAN SƏFİRLƏR | FED.az
10:05 15 Yan 2020

Bir çox xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən keçmiş səfirləri səlahiyyət müddəti bitsə də, ölkəmizlə əlaqələrini davam etdirirlər. Hətta, tanınmış xarici diplomatlardan Azərbaycanda qalıb, biznes quranlar da var.

FED.az Modern.az-a istinadən Azərbaycana tez-tez gəlib-gedən keçmiş xarici səfirlərin siyahısını təqdim edir.

Eləcə də bax: «İslahatlar, Mikayıl Cabbarov, Ramiz Mehdiyev» - ABŞ-IN AZƏRBAYCANDAKI KEÇMİŞ SƏFİRİ

İlk olaraq, səlahiyyət müddəti bitəndən sonra Bakıda yaşamağı qərara alan ABŞ səfiri Stenli Eskuderodan başlayaq. O, 1997-2000-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub. 2000-ci ildə təqaüdə göndərilib. Həmin ildən Azərbaycanda şəxsi biznesini qurub və hazırda Bakıda yaşayır.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanı da yəqin ki, əksəriyyət tanıyır. 2006-cı ildən sonra bir müddət ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində çalışan Metyu Brayza Azərbaycanla, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə yaxından əlaqədardır. O, Azərbaycanda səfir olduğu dönəmdə də ölkənin siyasi həyatında aktiv şəxs kimi seçilib. Metyu Brayza ABŞ-ın Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələri sahəsində məsuliyyət daşıyır. Həmçinin, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya separatçı münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ cəhdlərini irəli sürür. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı isə Avrasiya münaqişələri üçün xüsusi danışıqlarda işləyir.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç da ölkəmizə bağlılığı ilə seçilən diplomatlardandır. O, Bakıda 2008-2012-ci illərdə səlahiyyətli səfir olub. 2016-2018-ci illərdə Türkiyənin Moldovadakı səfiri vəzifəsini icra edib. Sonradan təqaüdə göndərilən tanınmış diplomat Azərbaycana tez-tez səfər edir və buradakı aktiv fəaliyyəti ilə seçilir.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani 2005-2008-ci illərdə Bakıda səlahiyyətlərini icra edib. Bu diplomat haqqında çox az informasiya olsa da, Azərbaycan media resurslarında onun siyasi şərhləri tez-tez dərc olunur.

Serbiyanın Azərbaycandakı keçmiş səfiri Zoran Vayoviç də Azərbaycanla əlaqələrini saxlayan səfirlərdəndir. 2014-cü ilə qədər ölkəmizdə Serbiyanın səlahiyyətli səfiri olan Z. Vayoviç hazırda da Bakıya tez-tez səfər edir.

Azərbaycanı sevdiyini tez-tez dilə gətirən diplomatlardan biri də Qırğızıstanın ölkəmizdəki keçmiş səfiri Aycigit Buranovdur. O, 2015-2017-ci illərdə ölkəmizdə səlahiyyətini yerinə yetirib. A. Buranov artıq səfir olmasa da, ölkəmizlə əlaqələrini qırmayıb.

Digər xəbərlər

Banner