Söz seçiminin nə qədər fərq yaradacağını bilmək istəyirsinizsə, bu iki cavabdan hansının daha yaxşı təəssürat yaratdığını düşünün:
“Mən komandada kampaniyalar üçün yeni ideyalar tapmaqda köməklik etdim” və ya “Mənim ideyalarım uğurlu bir kampaniyada istifadə edildi”.
Hər iki cavab məqbuldur, lakin bir cümlə əhəmiyyətli nailiyyəti ifadə edir və digəri isə bir balaca unudulmağa meylidir.
Birinci cavabda “köməklik etdim” sözü qeyri-müəyyəndir. Müsahibə götürən üçün bu: ya siz kampaniya üçün güclü ideyalar təqdim etmisiniz, ya da komanda işində sakit olmağınız anlamına da gələ bilər.
İkinci cümlədə isə, siz sadəcə olaraq, ideyalar fikirləşmədiniz, onlar yaxşı ideyalar idilər!
Müsahibə zamanı sözləriniz sizin haqqınızda və qabiliyyətləriniz barəsində təəssürat ifadə edir. Müsbət təəssürat yaradın. Növbəti müsahibəyə hazırlaşan zaman, bu sözləri yadınızda saxlayın. Aşağıda müsahibə cavablarınıza inteqrasiya edəcəyiniz sözlər və ifadələri təqdim edirik:
1. Məsuliyyət
Müsahibə zamanı məsuliyyətli olmağınızı nümayiş etdirməyiniz hər zaman yaxşıdır. Siz bununla müsahibə götürənə iş verilərkən sadəcə olaraq bu işin öhdəsindən gəlmir, əlavə olaraq bu işi vaxtında və qaydalara uyğun etdiyinizi göstərirsiniz. Məsuliyyəti ifadə edən sözlər və ifadələr bunlardır:
- Yerinə yetirmək
- Koordinasiya
- Detallara diqqət verən
- Effektiv
- Səmərəli
- Vaxtında
- Praktik
- Hazırlamaq
- Təmin etmək
- Məsuliyyətli
- Müştərinin tələblərini yerinə yetirdim
- Komanda iştirakçısı
- Həll etmək
2. Şirkətin dəyərlərini əks etdirən sözlər
Şirkətə uyğun işçi olduğunu göstərmək istəyirsən?
Şirkətin özünü təsvir etdiyi sözlərə uyğun sözlər deyin.
Hətta, müsahibə götürən sizin onların sözlərini ifadə etdiyinizi şüuru olaraq anlamasa da, bu müsbət təəssürat yaradacaq. Şirkətin veb-saytında “Haqqında” bölməsində, sosial səhifələrində və iş elanlarında istifadə olunan üslubu araşdırın.
Siz şirkətin özü haqqında yazılanları əzbərləmədiyinizi göstərmək üçün sinonimlərdən istifadə edə bilərsiniz. Bu müsahibə götürənə sizin onların nə axtardıqlarını başa düşdüyünüzü bildirməyə köməklik edəcəkdir.
3. İşə həvəs
Müsahibə götürənlərin bilmək istədikləri şeylərdən biri də, sizin iş elanında yazılan tələblərdən daha artığını edib-etməyəcəyinizlə bağlıdır.
İşə həvəsi və marağı olan şəxslər şirkəti müsbət yöndə inkişaf etdirə bilər.
Bu sözləri və ifadələri işlətməklə işinizə bağlı olduğunuzu göstərə bilərsiniz:
- Enerjili
- Həvəsli
- Maraqlı
- İstək
- Motivasiyalı
- Prioritet
4. Liderlik
Siz liderlik keyfiyyəti tələb edən işə müraciət etmisiniz?
Əgər belədirsə, sizin güclü və aktiv fellərdən istifadə etməyiniz vacibdir. Komandaları və proyektləri necə idarə etməyinizi göstərin.
- Sürətləndirmək
- Əldə etmək
- Yaratmaq
- İnkişaf etdirmək
- İnnovativ
- Planlaşdırmaq
- Nəzarət etmək
Moneta.az