6 noyabr 2018-ci il saat 09:30-da Caspian European Club çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası “Yüksək Texnologiyalar Parkı” MMC-də tanışlıq biznes-turu təşkil edəcək. FED.az xəbər verir ki, tur Caspian European Club-un Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə noyabrın 1-də təşkil etdiyi biznes-forumun yekunu əsasında keçirilir.
Biznes-turu Caspian European Club-un üzv şirkətləri üçün “Yüksək Texnologiyalar Parkı”nın malik olduğu imkanlar barədə ətraflı məlumat təqdim etmək məqsədilə təşkil edilir. Təqdimatı və ekskursiyanı AMEA-nın nəzdindəki “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, iqtisadiyyat elmləri namizədi Nazim Şükürov aparacaq.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral biznes-turun fəxri qonağı olacaq.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb.