2018-ci il yanvarın 1-nə dövlət büdcəsinə vergi borcları 1 mlrd. 63 mln. 436,8 min manat təşkil edir və 2017-ci ildə 25,9% azalıb.
FED.az xəbər verir ki, Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı materiallarına əsasən 2018-ci il yanvarın 1-nə vergi borclarının strukturunda 843 mln. 610,4 min manat (2017-ci ildə azalma 2%) əsas borcun payına düşür.
1 yanvar tarixinə maliyyə sanksiyaları ilə əlaqədar borcun məbləği 145 mln. 853,1 min manat (azalma 24,4%, cərimələr üzrə isə 73 mln. 973,3 min manat (azalma 80%) təşkil edir.
Eləcə də bax: 13 yerli şirkət ləğv edildi - SİYAHI
Ötən il dövlət şirkətlərinin əsas borcu 154 mln. 866,6 min manatadək, özəl şirkətlərin əsas borcu 676 mln. 287,8 min manatadək azalıb.
Neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu 3,1%, qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu isə 96,9% təşkil edir.
Hesablama Palatasının materiallarında qeyd olunur ki, yanvarın 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 544 mln. 887,4 min manat artıq vergi ödənilib ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcundan 2,4 dəfə çoxdur.
Vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vəsaitlərin 50,3%-i özəl sektorun, 20,3%-i dövlət şirkətlərinin, 19,7%-i xarici şirkətlərin, 9,7%-i birgə şirkətlərin payına düşür. Bu vəsaitlərin 9,4%-i neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilib.*
İnterfax- Azərbaycan