Bildiyimiz kimi, istənilən ölkənin xarici tədiyyə balansı onun iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Makro-iqtisadi göstəricilərindən biri olan bu balansın saldosu ölkənin valyuta ehtiyatlarına, milli valyutanın kursuna, istehlak edilən idxal məhsulların qiymətinə və bir çox iqtisadi dəyərlərin formalaşmasına bir başa və ya dolayı təsir etməkdədir.
Eləcə də bax: Azərbaycanda iş adamlarına - XİDMƏTİ PASPORT VERİLƏCƏK
Bu səbəbdən ölkəmizin bu balansda ixracatın həcmini artırma səyləri başadüşüləndir. Kəmiyyətcə artımla birlikdə təsnifat olaraq da ixracatın qeyri-neft sahəsində ağırlıq təşkil etməsi ölkəmizin neft asılılığını azaldacaqdır. Eyni zamanda bu prosesdən yaranan gəlirin daha geniş təbəqələrə yayılmasına şərait yaranacaqdır.
KOB Publik Hüquqi şəxsin yaradılması məhs bu səbəbdən irəli gəlir. Məqsəd -kiçik və orta sahibkarlarımızın məhsullarını alternativ bazarlara çıxarmaq, onların istehsal prosesinin fasiləsizliyini təmin etməkdir. Bu işin surətləndirilməsi üçün KOB-un nəzdində bir növ real sahələr üzrə rebrendinq müəssisələrinin yaradıb, kiçik və orta böyüklükdə olan sahibkarlarımıza dəstək olmaq, onların ayrı -ayrılqda bu prosesdə qarşılaşacaqları xərclərdən azad edərək məhsullarını tədaruk etmək onların rebrendinqini təşkil edərək alternativ bazarlara çıxışını təmin etmək olar. Həmin müəssisələr öz adları yeni bir brend altında qablaşdırma, reklam, marketinq sahəsində kiçik və orta böyüklükdə olan sahibkarların yükünü azaldaraq həmçinin daimi əlavə iş yerləri təmin etmiş olar. Eyni zamanda daha az maliyyət sərf edərək bunu həyata keçirmək mümkündür. Doğru planlama olarsa bu layihə ölkəmizə uğur qazandıracaqdır.
FED.az üçün: Emin Kazımov, Maliyyəçi ekspert