Azərbaycanda biznes və iş adamlarının əlaqələrinin genişləndirilməsi üçün yaradılan yeni şəbəkə – «Majlis Business Network» bu quruma üzvlük paketlərini açıqlayıb. FED.az xəbər verir ki, bu barədə ötən gün – iyunun 30-da təşkilatın idarəçi tərəfdaşı Tamerlan İsmayılov məlumat verib.
Xatırladaq ki, iyunun 30-da Bakıda dövlət rəsmiləri, 100-dən çox kiçik və orta sahibkarlar arasında işgüzar şəbəkələşmələrin qurulması məqsədilə görüş keçirilib.
«Kübar» və «Zadəgan» adlı üzvlük paketləri fərqli imkanları nəzərdə tutur. Paketlərin zənginliyinə görə, «Zadəgan»lar daha üstündür. Belə ki, «Kübar» üzvləri «Zadəgan»lara nisbətən 3 xidmətdən – sponsorluq, media layihələrdə qonaq, aylıq elektron qəzetdə məqalə - xidmətlərindən yararlana bilməyəcək. Bu fərqlər özünü paketlərin qiymətində də göstərib – «Zadəgan» paketi daha bahalıdır.
|
Kübar |
Zadəgan |
Dəyirmi masa |
+ |
+ |
Seminar |
+ |
+ |
Business Networking Night |
+ |
+ |
Sahibkarlıq forumu |
+ |
+ |
Fail talks |
+ |
+ |
Üzvlər arasında endirim sistemi |
+ |
+ |
Şirkət ziyarətləri |
ildə 1 dəfə |
ildə 3 dəfə |
Xüsusi şərtlərlə sponsorluq təklifləri |
+ |
+ |
Sponsorluq |
- |
+ |
Sosial mediada şirkət haqqında paylaşımlar |
+ |
+ |
Media layihələrdə qonaq |
- |
+ |
Aylıq elektron qəzetdə məqalə |
- |
+ |
Üzvlük haqqı |
1000 manat |
1800 manat |
Majlis – bir neçə sahibkar tərəfindən yaradılmış biznes şəbəkədir. Hazırda şəbəkənin “Dəyirmi Masa”, “Business Networking Night”, “Coffee Break” və digər müxtəlif formatda tədbiləri mövcuddur. Majlisin əsas missiyası sahibkarlar, rəhbərlər, yüksək rütbəli menecerlərin güclü şəbəkəsini yaratmaq, bununla onların bizneslərinə, şəxsi inkişaflarına və ümumən ölkədəki biznes mühitinə öz töhfələrini verməkdir.