FED.az məlumat verir ki, xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankı şirkətlər və iş adamları üçün yeni kredit məhsulu təqdim edib. «Şirkətlərə anında dəstək» adlanan krediti şirkətlər qüsa müddətdə alıb ehtiyaclarını qarşılaya bilərlər. 3 ay müddətində ayrılan, illik faiz dərəcəsi 16%-dən başlayan kreditin maksimum məbləği 100 min manat təşkil edir. Krediti bankın bütün filiallarından əldə etmək mümkündür.
Eləcə də bax: Paytaxt sahibkarlarına 2,6 milyon manat güzəştli - KREDİT VERİLİB
“Şirkətlərə anında dəstək” kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir.
Ən maraqlı cəhət ondadır ki, bu krediti bankda hazırda aktiv krediti olan sahibkarlar da əldə edə bilərlər. ABB-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, qısamüddətli öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır: «Şirkətlərə anında dəstək» krediti belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Korporativ biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq».
Qeyd edək ki, bu kreditdən bankın mövcud müştəriləri faydalana bilərlər. Söhbət bankda hesabları olan, əmək haqlarını ABB vasitəsilə ödəyən, eləcə də ABB-də krediti olan şirkət və iş adamlarından gedir.
Qeyd edək ki, vəsaitə ani ehtiyac bir sıra səbəblərdən yarana bilər. Bura işçilərin əmək haqqının ödənilməsi, avadanlıq alınması və sair üçün nağd vəsaitə ehtiyac aiddir. Belə vəziyyətlərdə heç də bütün şirkətlərdə sərbəst vəsait olmur. Üstəlik, dövriyyədəki vəsaitləri çıxarmaq da sərfəli deyil.
ABB-nin «Şirkətlərə anında dəstək» krediti belə hallar üçündür. Kreditin verilməsi olduqca tez baş verir - maksimum 2 gün ərzində kredit verilə bilər. Bankdan bildirirlər ki, bu kredit üçün hazırda bankda aktiv krediti olan şirkətlər də müraciət edə bilər. Yeni kreditin təminatına gəlincə, bunun üçün girov və digər təminatlar mümkündür, ona fərdi qaydada baxılır.
Kreditin ödənişi isə hissə-hissə baş verir, 3 ay ərzində bağlamaq mümkündür.