Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edib.
İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov FED.az-a bildirib ki, sahibkarlar və idarə, müəssisə rəhbərləri iş yerlərinin qarşısında yaşıl guşə yaratmalıdırlar. Bu şəhərin gözəlləşməsi həm də ekalogiyaya xidmət edir.
İsrafil Kərimovun sözlərinə görə, bu tövsiyə xarekterlidir, məcburi deyil.
“Bakı şəhər icra hakimiyyətinin xətti ilə yaşıllaşdırma departamenti var. Bu dapartamentin yaşıllaşma ilə bağlı nəzarət etdiyi xüsusi ərazilər var. Amma elə sahələr də var ki, ki bizim xidmət sahələrimizə aid deyil. Bu obyektlərinn qabağıdır, küçə kənarıdır və s. Ona görə də belə ərazilərdə obyekti olan insanlara tövsiyə edirik ki,yaşıllıq yaratsınlar”
Şəhər icra hakimiyyətinin nümayəndəsinin sözlərinə görə belə işlər şəəhərin gözəlləşdirilməsi və ekalogiyasının təmizliyinə xidmət edir.
Qeyd edək ki, yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb.