Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-noyabr ayları üçün ixrac-idxal göstəricilərini açıqlayıb.
FED.az DGK-a istinadən xəbər verir ki, Bu il ərzində ərəb ölkələri arasında ən çox ixrac Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İraq ölkələrində olub.Ölkəyə ən çox idxal isə BƏƏ-dən olub.
Qətərə göndərilən malların dəyəri bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nəzərən 25,9% azalaraq 3 mln 199 min dollara enib. Qətərdən ölkəyə gətirilən malların dəyərində isə artım olub. Bu il ərzində Qətərdən ölkəyə idxal olunan malların dəyəri 8,13 dəfə artaraq 187 min dollara yüksəlib.
ELƏCƏ DƏ BAX: «Bakıda 70 qəpikdir, ərəblər 10 manata alırlar» – MÜSAHİBƏ
BƏƏ-ə ixracın dəyəri bu ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 31,01% artaraq 19 mln 161 min dollara yüksəlib. Bu ölkədən 11 ay ərzində gətirilən malların dəyəri ötən ilin eyni dövrünə nəzərən 67,07% artaraq 29 mlln 676 min dollar təşkil edib.
Səudiyyə Ərəbistana mahsul ixracı bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 808 min dollar olub. Bu ölkədən bu ilin 11 ayında ölkəyə idxal olunan malların dəyəri ixrac olunan malların dəyərindən 20 dəfə çoxdu. Bundan əlavə bu ilin 11 ayında ölkəyə gətirilən malların dəyəri ötənilin eyni dövrünə nisbətən 10,43% artaraq 16 mln 907 min dollar olub.
İraqa məhsul ixacı 16,97% azalaraq 12 mln 712 min dollara enib. İraqdan idxal olunan malların dəyəri 1 il ərzində 1057 dəfə artaraq 22 min dollara yüksəlib.
Ümumilikdə bu 4 ölkəyə göndərilən malların dəyəri 35 mln 880 min dollar dəyərində olub. Bu ölkələrdən gətirilən malların birgə məbləği 64 mln 755 min dollar olub. Bu da onu göstərir ki, ərəb ölkələrindən idxal olunan mallar ixracdan çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ərəb ölkələrinə ixrac olunan malların dəyəri 35 mln 494 min dəyərində olub. İdxal isə 33 mln 95 min dollar təşkil edib.
Başqa sözlə 1 il ərzində ixrac 1,08% artıb, idxal da 2 dəfəyə yaxın artıb.