Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı yerli şirkətlər də qoşulub. İlk edilən yardımlardan biri də ölkəmizdə elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən İrşaddan gəldi.
FED.az xəbər verir ki, Şirkət sosial şəbəkə hesablarından Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 200.000 TL maddi yardım göndərdib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri olan İrşad 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə də xatırlanır.