İraqda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur.
"Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkət fəaliyyət göstərir"
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
O həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət-ixrac missiyası İraqa səfər edəcək.
Biznes Forumda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir. (Report)