İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub.
Eləcə də bax: İran vətəndaşı Azərbaycanda yaratdığı şirkətini - LƏĞV EDİR
FED.az "trend"-ə istinadən xəbər verir ki, bununla bağlı İranın vitse-prezidenti İshaq Cahangiri göstəriş verib.
Göstərişdə bildirilir ki, dövlət şirkətlərinin vəsaiti hesabına istənilən qeyri-zəruri, əlavə səfər və xərclər qadağan edilir.
Qeyd olunur ki, bu göstəriş xərclərin azaldılmasına nəzarət qanununun tətbiqi və qənaət məqsədilə verilib.