Bu ilin ilk yarısında İranın ayaqqabı ixracı 54% artımla 62 milyon dollara çatıb.
FED.az xəbər verir ki, Trend-in İranın Gömrük idarəsinə istinadən məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu il ayaqqabı ixracatında 54% artım olub.
Qeyd olunan müddət ərzində 13 min 402 ton ayaqqabı ixrac olunub.