Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) Anderaytinq və Konsaltinq Şöbəsinə yeni müdir təyin olunub.
FED.az Banker.az -a istinadən xəbər verir ki, təyin olunmuş şəxs Ceyhun Əfəndiyev-dir. Əfəndiyev, vəzifəsinin icrasına cari ilin avqustunda başlayıb.
Xatırladaq ki, o, İKZF-in heyətinə ötən ilin fevralında qoşulub. O zamana qədər isə ləğv prosesində olan “Dəmir Bank” ASC-də çalışıb.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








