Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən emissiya edilmiş (AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682) İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.
Bu barədə FED.az-a Bakı Fond Birjasından bildirilib.
Eləcə də bax: "İpoteka kreditinə maraq gözləniləndən daha yüksəkdir" - MÜSAHİBƏ
İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 23 sentyabr 2019-ci il tarixində istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 23 sentyabr 2019-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 816.99 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 816.99 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 816.99 AZN olması nəzərə alınmalıdır.