İpoteka və Kredit Zəmanət Fondu investisiya xidmətlərinin satın alınması prosesini yekunlaşdırıb.
FED.az xəbər verir ki, Fond investisiya xidmətlərinin satın alınması üzrə xidmət təkliflərinin cəlb olunmasına dair satınalma başa çatıb.
Eləcə də bax: İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri - AÇIQLANIB
Satınalmanın qalibi “BTB Kapital İnvestisiya Şirkəti” ASC olub. Bu şirkətlə 29 avqust 2019-cu il tarixli 002/A nömrəli satınalma müqaviləsi bağlanıb.
Şirkətdən FED.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində Fondun istiqrazlarının yerləşdirilməsini «BTB Kapital» həyata keçirəcək.