“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı Dekabrın 25-də, saat 10:00-da keçiriləcəkdir.
Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 4/186 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "İpək Yolu Sığorta"nın maliyyə-təsərüfat fəaliyyətinin yoxlanması üçün auditor seçilməsi və digər məsələlər daxildir.