ir ölkəyə investisiya etmək üçün müəyyən tələblərin ödənilməsi lazımdır.
FED.AZ xəbər verir ki, Dünya Bankı hər hansı bir ölkəyə investisiya edən zaman 4 faktorun nəzərə alınmasını bildirir. Bu dörd faktor bunlardır: ölkə əhalisi, mühit, münasibətlər və sistem. Bu, faktorlar fərdləri və korporasiyaları ölkənin təbii resurslarına, bazarlarına, texnologiyalarına və ya brendlərinə investisiya etməyə təşviq edir.
Dünya Bankının hesabatı əsasında “U. S. News” 2018-ci ildə investisiya etmək üçün ən yaxşı ölkələri müəyyənləşdirib.
Renkinqi hazırlamaq üçün “U.S. News” əlavə olaraq 80 ölkədə 21 000-dən çox insanı mədəni təsir, sahibkarlıq və həyat keyfiyyəti kimi 65 müxtəlif meyarlar üzrə sorğu etmişdir.
“U. S. News” renkinqdə investisiya etmək üçün ən yaxşı ölkələri seçmək üçün 65 meyardan 8-ni əsas götürmüşdür: sahibkarlıq, iqtisadi stabillik, əlverişli vergi mühiti, innovasiya, ixtisaslı işçi qüvvəsi, texnoloji ixtisaslaşma, dinamiklik və korrupsiya.
Renkinqlə aşağıda tanış ola bilərsiniz.
20. Çili
Əhali: 17.9 milyon
ÜDM: 247 milyard dollar
ÜDM inkişafı: 1.6%
19. Fransa
Əhali: 66.9 milyon
ÜDM: 2.5 trilyon dollar
ÜDM inkişafı: 1.2%
18. Brazilya
Əhali: 207.7 milyon
ÜDM: 1.8 trilyon dollar
ÜDM inkişafı: – 3.6%
17. Böyük Britaniya
Əhali: 65.6 milyon
ÜDM: 2.6 trilyon dollar
ÜDM inkişafı: 1.8%
16. Hollandiya
Əhali: 17.0 milyon
ÜDM: 770.8 milyard dollar
ÜDM inkişafı: 2.2%
15. İrlandiya
Əhali: 4.8 milyon
ÜDM: 294.1 milyard dollar
ÜDM inkişafı: 5.1%
14. Türkiyə
Əhali: 79.5 milyon
ÜDM: 857.7 milyard dollar
ÜDM inkişafı: 3.2%
13. Uruqvay
Əhali: 3.4 milyon
ÜDM: 52.4 milyard dollar
ÜDM inkişafı: 1.5%
12. Finlandiya
Əhali: 5.5 milyon
ÜDM: 236.8 milyard dollar
ÜDM inkişafı: 1.9%
11. Çexiya
Əhali: 10.6 milyon
ÜDM: 192.9 milyard dollar
ÜDM inkişafı: 2.6%
10. Oman
Əhali: 4.4 milyon
ÜDM: 66.3 milyard dollar
ÜDM inkişafı: –%
9. Hindistan
Əhali: 1.3 milyard
ÜDM: $2.3 trilyon dollar
ÜDM inkişafı: 7.1%
8. Tailand
Əhali: 68.9 milyon
ÜDM: 406.8 milyard dollar
ÜDM inkişafı: 3.2%
7. İspaniya
Əhali: 46.4 milyon
ÜDM: 1.2 trilyon dollar
ÜDM inkişafı: 3.3%
6. Avstraliya
Əhali: 24.1 milyon
ÜDM: $1.2 trilyon dollar
ÜDM inkişafı: 2.8%
5. Sinqapur
Əhali: 5.6 milyon
ÜDM: 297.0 milyard dollar
ÜDM inkişafı: 2%
4. Malayziya
Əhali: 31.2 milyon
ÜDM: 296.4 milyard dollar
ÜDM inkişafı: 4.2%
3. Polşa
Əhali: 37.9 milyon
ÜDM: 469.5 milyard dollar
ÜDM inkişafı: 2.9%
2. İndoneziya
Əhali: 261.1 milyon
ÜDM: 932.3 milyard dollar
ÜDM inkişafı: 5%
1. Filippin
Manila, Filippin
Əhali: 103.3 milyon
ÜDM: 304.9 milyard dollar
ÜDM inkişafı: 6.9%
moneta.az