İnternetdən qazanılan gəlir illik və ya aylıq olaraq 200 min manatı keçirsə, hansı növ vergi tətbiq olunur?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən FED.az-ın sualına cavab olaraq bildirilib ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan çox olan şəxslər, vergi tutulan əməliyyatların həcmi 200 min manatdan çox olduqda növbəti ayın birinci günü tarixindən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Eyni zamanda, qeyd olunan şəxslər internet vasitəsilə sahibkarlıq subyektlərinə xidmətlər göstərdikləri halda sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər və gəlir vergisi ödəyicisi olaraq fəaliyyət göstərməlidirlər.