2018-ci ildə elektron ticarət dövriyyəsindən gömrük bəyannamələri əsasında rüsumlardan Azərbaycan dövlət büdcəsinə 400 min manata yaxın məbləğ daxil olub.
FED.az xəbər verir ki, bunu Bakıda elektron ticarət forumu zamanı Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib.
İ.Babayevin sözlərinə görə, e-ticarətdən daxilolmaların bu cür yüksək artım dinamikası son iki il ərzində aydın müşahidə olunur:
“2016-cı ildə bu göstərici cəmi 20 min manat idi. Dünya təcrübəsində elektron ticarətin payına ümumi ticarət dövriyyəsinin təxminən 10 faizi düşür. E-ticarətin illik artım tempi 10 faiz təşkil edir. Rəqəmlərlə ifadə etsək, əgər bu gün dünyada e-ticarət dövriyyəsinin həcmi təxminən 3 trilyon dollar təşkil edirsə, 2021-ci il üçün bu rəqəm 5 trilyon dollaradək yüksələcək”.