İnsan resurslarının əməkdaşları üçün yeni təlim keçiriləcək. FED.az xəbər verir ki,təlim insan resurslarının idarə edilməsi ilə məşğul olan menecer və mütəxəssislər üçün nəzərdə tutulub.Təlim 14 aprel 2019 – cu ildə baş tutacaq. Azərbaycan dilində keçiriləcək təlimin müddəti 4 saat nəzərdə tutulub.
Təlimdə iştirak etmək istəyən şəxslər üçün ödəniş məbləği 100 manat nəzərdə tutulub.
Təlimdə 2 əsas mövzu haqqında danışılacaq :
1.Vəzifə kateqoriyası (qradasiya)
-
Qradasiyanın əhəmiyyəti
-
Qradasiya metodları
-
Qradasiya meyarları
-
Qradasiya tətbiqi zamanı ortaya çıxan problemlər və onların həlli yolları
2.Baza əmək haqqı
-Baza əmək haqqının müəyyən olunması meyarları
-Baza əmək haqqına korrektələr
-Baza əmək haqqının tətbiqi zamanı ortaya çıxan problemlər və onların həlli yolları
Sonda qradasiyaya uyğun baza əmək haqqının müəyyən olunması və ona korrektələr edilməsi ilə bağlı praktiki məşğələ keçiriləcək.
Kursun sonunda iştirakçılar aşağıdakıları biləcəklər:
-
Qradasiyanın əhəmiyyətini,
-
Qradasiya metodlarını,
-
Qradasiya meyarları və onun tətbiqini,
-
Baza əmək haqqının müəyyən olunması prisniplərini,
-
Baza əmək haqqı sisteminin praktiki tətbiqini.