Rusiyanın İnquşetiya regionunun rəhbəri Mahmud Əli Kalimatov TASS-a bildirib ki, İnquşiyanın hakimiyyəti Azərbaycan, Özbəkistan və Belarusla birgə layihələr üzrə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətindədir.
FED.az xəbər verir ki, "İnvestisiya portfelimizdə 40 layihə var, biz Azərbaycan, Özbəkistan və Belarusla işləyəcəyik. Bu yaxınlarda nümayəndə heyətimiz adını çəkdiyim respublikalarda olub, biz potensialı öyrənirik və konkret təkliflər var, ilk planlar payızda həyata keçiriləcək. Biz planlaşdırırıq ki, birgə layihələr həyata keçirək”, - Kalimatov bildirib.
Onun sözlərinə görə, məsələn, Belarus İnquşetiyanı həm kənd təsərrüfatı, həm də yol tikintisi üçün texnika ilə təmin etməyə hazır olduğunu bildirib.
"Biz onların iş adamlarını və turoperatorlarını imkanlarımızla tanış olmaq üçün bizə gəlməyə dəvət etdik. Biz turizm sahəsində əməkdaşlıq qura bilərik. Regional hökumət də digər ölkələrlə, o cümlədən Çinlə ticarəti inkişaf etdirmək üçün müxtəlif imkanlar üzərində işləyir", - respublika rəhbəri əlavə edib.
O, həmçinin qeyd edib ki, İnquşetiyanın hinduşka ətini emal edən “Cənub” ("Южный") quşçuluq kompleksinin məhsullarını ixrac etmək imkanı var. Respublika başçısı quşçuluq kompleksinin bütün istehsalının “halal” standartı əsasında qurulduğundan məhsullara xüsusilə Mərkəzi Asiya ölkələrində tələbat olacağına əminliyini ifadə edib. (Marja)