Bu il Azərbaycanda keçirilən İnnovasiya Müsabiqəsinə 200-ə qədər layihə təqdim edilib. Belə müsabiqələr innovativliyin artırılmasına xidmət edir.
FED.az xəbər verir ki, bunu "Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimi"ndə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası bir çox sənədlərdə öz əksini tapıb.
Nazir deyib ki, qeyd edilən müsabiqənin keçirilməsi İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "ASAN Xidmət" arasında imzalanmış anlaşma memorandumu əsasında baş tutub.