İngiltərənin tanınmış restoran şəbəkələrindən biri olan Prezzo ölkə daxilində 94 şöbəsini bağlayacağını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətdən bildiriblər ki, mərkəzi ofisi ABŞ-da yerləşən investisiya şirkəti TPG Capital-ın portfelində olan pizza restoranları şəbəkəsi Prezzo-nun İngiltərə daxilində cəmi 94 şöbəsinin bağlanması planlaşdırılır.
Şirkətin ölkə daxilində 94 restoranı bağlamasının ardından cəmi 208 restoranla fəaliyyətinə davam etməsi nəzərdə tutulur. Prezzo, keçən il 217 milyon funt-sterlinq, təxminən 240 milyon avro həcmində gəlir əldə etmişdi.
Prezzo, yaxın zamanda maliyyə problemləri səbəbindən şirkət borclarının müddətinin uzadılmsı üçün kreditorları ilə razılaşmışdı.
Prezzo, 2014-ci ildə TPG Capital tərəfindən 300 milyon funt-sterlinqə satın alınmışdı. Şəbəkənin 4500 nəfər işçisi var.
Yaxın zamanda İngiltərənin qabaqcıl restoran şəbəkələrindən Byron və Jamie's Italian da oxşar şəkildə kreditorları ilə borclarını ödəmə müddətini uzatmaq barədə razılaşmışdı.
Bu həftənin əvvəlində oyuncaq mağazaları "Toys R Us İngiltərə" və elektronika məhsullar satan "Maplin" də mağazalaını bağlaycağını bəyan etmiş və maddi problemləri səbəbindən müflisləşmə razılaşması elan etmişdi.