Son 5 ayda investisiya təşviqi sənədi verilən və baxılmaqda olan layihələr üzrə iqtisadiyyata 800 mln. manatdan çox sərmayə yatırılacaq. Belə ki, indiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib və bu layihələr üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 787 mln. manat investisiya qoyulacaq. Hazırda bu sahədə dəyəri 55 mln. manat olan daha 9 layihəyə baxılır. Bu barədə “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev Fed.az-a məlumat verib.
İndiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, daha 9 layihəyə isə baxılır
17:18
19 Okt 2016