Azərbaycanda vergi qanunvericiliyinə bu ilin əvvəlindən edilən dəyişikliklər arasında sahibkarları dövriyyələrini açvqlamağa ən çox həvəsləndirən məqam – dividendin vergidən azad edilməsi olub.
FED.az xəbər verir ki, bu barədə «Accounting.az» konsaltinq şirkətinin direktoru və mühasibat.az internet portalının təsisçisi Ramil Ramazanov ASAN Radioda yayımlanan «Sahibkar vaxtı» verilişində bildirib.
Eləcə də bax: Bu məhsullardan vergi - TUTULMAYACAQ
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minəndən sonra sahibkarların əksəriyyəti dövriyyələrini göstərməyə başlayıblar: «Xüsusilə mikro və kiçik sahibkarlar haqqında deyə bilərəm ki, onları əvvəllər vergidən yayıınmağa təşviq edən məqamlardan biri dividentdən vergi məsələsi idi. Amma hazırda bu məsələ aradan qalxıb. Kiçik sahibkaramsa və mənim dövriyyəm 200 min manatı keçmirsə mən 5 faiz vergi ödəyirəm və bununla da mənim bütün vergi öhdəliyim bitir».
Qeyd edək ki, vergi qanunvericiliyinə görə, illik dövriyyəsi 200 min manatı keçməyən sahibkarlar bank hesablarında toplanan qazanclarını dividend vergisi ödəmədən çıxara bilərlər. İndiyədək bunun üçün 10% vergi tətbiq edilirdi. Ona görə də sahibkarların bir hissəsi vergidən yayınmaq üçün dövriyyələini azaltmağa meylli olurdular. Amma bu ilin əvvəlindən etibarən dividend vergisi aradan qalxıb».
Bununla yanaşı, R.Ramazonov bildirib ki, bu üstünlükdən faydalanmaq üçün sahibkarlar diqqətli olmalı və qanunvericiliyə tam əməl etməlidirlər: «Vergi Məcəlləsində belə bir bənd daxil edilib ki, sahibkar o halda dividentdən azaddır ki, uçotu düzgün aparılsın. Əgər uçot doğru aparılmasa və ya heç aparılmayıbsa Vergilər Nazirliyinin ixtiyarı var ki ondan o vergini geri tələb etsin».