Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) karxana fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.
KOBİA-dan FED.az-a bildirilib ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları İmişli və Tərtər rayonlarında karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək. Görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq. Görüş aprelin 12-13-də İmişlidə, aprelin 14-15-də Tərtərdə baş tutacaq. Hər bir sahibkar görüşdə iştirak edə bilər.
Daha ətraflı məlumat və ya iştirak üçün (+994 50) 210-31-53 əlaqə nömrəsinə zəng edə bilərsiniz.
Qeyd edək ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları ilə yanaşı, İqtisadiyyat Nazirliyinin aidiyyəti üzrə nümayəndələri də iştirak edəcək.