“Twitter”in sahibi, “SpaceX” və “Tesla”nın baş direktoru İlon Mask qiymətli kağızlar qanunlarını pozduğuna görə səhmdar iddiasında San-Fransisko federal məhkəməsində verdiyi ifadədə iki gün ərzində 10.6 milyard dollar qazanıb.
İlon Mask “Ginnesin Rekordlar Kitabı”na düşdü
FEDa.z Banker.az-a istinadən xəbər verir.
“Bloomberg”in milyarderlər indeksinə görə, iş adamının sərvəti yanvarın 20-də məhkəməyə gəldiyi andan artmağa başlayıb və yanvarın 23-də ifadəsi zamanı artmağa davam edib. Agentlik hazırda sahibkara məxsus məbləği 145.2 milyard dollar qiymətləndirir. “Forbes” jurnalının məlumatına görə, o, 159.6 milyard dollara sahibdir.
Mask 2018-ci il tvitləri ilə bağlı dinləmələrdə iştirak edir. “Tesla”nın investorları iş adamının səhmlərini 420 dollara sataraq avtomobil istehsalçısını özəl şirkətə çevirmək vədini məhkəməyə versələr də, sövdələşmə baş tutmayıb.
Yanvarın 23-də keçirilən dinləmədə Mask izah edib ki, Səudiyyə Ərəbistanının suveren fondu “Tesla”nı almağa söz verib, lakin sonra Ər-Riyad sövdələşmədən imtina edib.
Keçən həftə “The Wall Street Journal” İlon Maskın 2022-ci ilin dekabr ayının sonunda, investorları böyük məyus edən və şirkətin qiymətli kağızlarının dəyərini aşağı salan rüblük hesabatın yayımlanmasından qısa müddət əvvəl 3.6 milyard dollar dəyərində “Tesla” səhmlərini satdığını yazmışdı.