“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Amazon korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb.
Eləcə də bax: “Tesla”nı bu şirkətə - Satmaq İstəyibmiş - Maskdan Etiraf
FED.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması “Tesla”nın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.
Nəşrin məlumatına görə, Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir. Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır.
Qeyd edək ki, Ceff Bezos 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.(Qafqazinfo)