Amerikalı iş adamı, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask bütün əmlakını satdığını bildirib.
FED.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
Eləcə də bax: Elon Maska milyard dollarlıq - TƏKLİF
"Mənim evim olmayacaq", - Mask qeyd edib.
İş adamı bundan sonra əlavə edib ki, "Tesla" şirkətinin səhmləri çox bahadır. Bu açıqlamadan sonra şirkətinin səhmləri 7,1 faiz azalaraq 711,5 ABŞ dollarına düşüb.
Bundan əlavə, Mask Jim Vilderin köhnə evini ("Villi Vonka və şokolad fabriki" filmindəki baş rolun ifaçısı, 2016-cı ildə vəfat etmiş Jerom Silberman) satmayacağını, əks halda "ürəyini itirəcəyini" söyləyib.
Bundan əvvəl Mask və ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası "Tesla"'nın vəkillərinin razılığı olmadan Maskın şirkət haqqında tvit paylaşmaq hüququnun olmaması barədə müqavilə imzalayıblar. Eyni zamanda o, 20 milyon ABŞ dolları cərimə ödəyərək üç il müddətinə "Tesla" şirkətinin idarə heyətinin sədri vəzifəsini tərk edib.
Fevralın sonunda bildirilib ki, koronavirusun yayılması fonunda fond birjalarında ciddi azalma səbəbindən dünyanın 500 ən varlı insanının ümumi sərvəti 444 milyard ABŞ dolları azalıb. Planetin ən zəngin insanlarının reytinqində 25-ci yeri tutan “Tesla” şirkətinin başçısı İlon Mask şirkətin səhmlərinin qiymətinin düşməsindən sonra 9 milyard ABŞ dolları itirib.
Report