Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısında bir neçə milyarderi qabaqlayıb.
Eləcə də bax: Dünyanın iki milyarderi arasında - QALMAQAL YARANIB
FED.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg Billionaires Index” yayıb.
ABŞ-dan olan 49 yaşlı milyarderin sərvəti cümə günü 6,1 milyard ABŞ dolları artaraq 70,5 milyard ABŞ dollarına çatıb.
Qeyd olunur ki, Tesla şirkətinin səhmlərinin qiymətləri bir gündə 11 faiz bahalaşıb.
“Tesla”nın rəhbəri reytinqdə 70,4 milyard dollarla 8-ci sırada olan “Google” korporasiyasının yaradıcısı Sergey Brini və 70,2 milyard dollarla 9-cu sırada dayanan Hindistanın “Reliance Industries” holdinqinin sahibi Mukeş Ambanini geridə qoyub.
Bundan əvvəl, dünyanın ən varlı adamı – “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti də tarixi rekorda - 171,6 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
Yeni rekord “Amazon”un səhmlərinin qiymətindəki artım sayəsində mümkün olub: çərşənbə gününün nəticələrinə əsasən, səhmlərin dəyəri 4.4% artaraq rekord həddə - 2 878,7 ABŞ dollarına çatıb. (Report)