«Spage X» və «Tesla» şirkətlərinin sahibi İlon Mask parfümeriya biznesinə uğurla başlayıb.
Eləcə də bax: İlon Mask "Yanmış saç" adlı yeni ətrin satışına - BAŞLAYIB - QİYMƏT
FED.az xəbər verir ki, Mask iki gündə 20 min şüşə «Burnt Hair» («Yanmış saç» ) ətri satıb. Milyarder indi fəxrlə özünü "ətir satıcısı" adlandırır.
İlon Maskın zarafatından reallıqda çevrilən daha bir qəribə məhsul səs-küyə səbəb olub. Çərşənbə günü, oktyabrın 12-də Maska məxsus «The Boring Company»nin saytında «Burnt Hair» ətri satışa çıxdı – biznesmen özü bunu "planetin ən yaxşı ətri" adlandırır. Adından da göründüyü kimi, ətir yanmış saç kimi qoxuyur.
Qeyri-adi ətrinə baxmayaraq Maskın sosial şəbəkələrdə reklam etdiyi hər hansı mal kimi ətir də populyar oldu – cəmi 2 gün ərzində 20 000 şüşə ətir satılıb.
«Burnt Hair» ətiri «The Boring Company» saytında göründüyü gün İlon Mask beş min, daha sonra 10 min nüsxə satışını elan etdi. Oktyabrın 14-də onların sayı 20 000-ə yüksəldi, iş adamı bunu Twitter hesabında elan edərək üstəlik profil təsvirini “ətir satıcısı” olaraq dəyişdi.
Xatırladaq ki, bir şüşə ətir 100 dollardır. Yəni, 20 min nüsxə satışı Maska iki milyon dollar gəlir gətirdi - təbii ki, «Burnt Hair» istehsalı, göndərmə və digər xərclər məbləğdən çıxılmalıdır. Tvitterlərin birində iş adamı "Twitter-i ala bilmək üçün lütfən ətirimi al" yazıb.