Azərbaycanda biznes proseslər aktivləşdikcə, sahibkarlar, iş adamları və biznes liderləri dünya trendləri, beynəlxalq təcrübəni öyrənməyə daha çox maraq götərirlər. FED.az xəbər verir ki, rəqabətə davamlı olmaq, ixrac potensialının artırılması, xüsusi ilə də marketinq, həm də ciddi bazar araşdırmaları və marketinq kommunikasiyaları tələb edir.
İş adamları bu təcrübəni marketinq və biznes tədbirləri sırasında öz dəsti xətti ilə seçilən və xüsusi auditoriyası olan “Marketinq Sammiti” layihəsindən əldə edə bilərlər. Layihənin əsas məqsədi lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası, dövlətin strateji yol xəritəsində vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olamalı olduğunu müzakirə etməkdir.
Təşkilat komitəsinin üzvləri Eyyub Qarabağlı, Seymur Quliyev, Tural Abbaslı və Gülnarə İsmayılova sammitin keçirilməsi və sammitin missiyası haqqında danışarkən qeyd ediblər ki, Sammit biznesin inkişafına istiqamətlənmiş qlokal bir tədbir olacaq.
Bu il sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirəcək. Azərbaycan, Gürcüstan və Türkiyədən olan 7 spiker destinasiya marketinqi, e-commers, loqistika marketinqi, marketinq kommunikasiyaları kimi vacib mövzular haqqında fikirlərini bölüşəcəklər. Təşkilat komitəsi hər kəsi www.marketingsummit.az internet portalı üzərində xüsusi platformaya uyğun qeydiyyat bölməsi yaratmışdır. Burada qeyd olunan suala cavab verməklə tədbirdə iştirak haqqı qazanmaq mümkündür.
Qeyd edək ki, artıq Gürcüstan resublikasında tədbirdə iştirak üçün 50-dən artıq şəxs qeydiyyat keçib ki, bu da özlüyündə “Marketinq Sammiti 2018” layihəsinin qlobal bir platforma olduğundan xəbər verir. Sammiti gələcək illərdə də, strateji yol xəritələrinə görə fəaliyyətlərini davam etdirəcəkdir. Xəzəryanı ölkələr, MDB ölkələri, Avropa və Azərbaycan, Türk Dilli ölkələrin marketinq sammitinin keçirilməsi cari ilin mart ayında təşkilat komitəsinin iclası əsasında təsdiq edilmiş və sammitin starteji fəaliyyət istiqaməti kimi qəbul edilmişdir.
“Marketinq Sammiti” layihəsinin təşkilatçısı Azərbaycanda marketinq, marketiq kommunikasiyaları, bazar araşdırmaları kimi xidmətlər təqdim edən COMUNİCAL şirkətidir. Şirkət rəhbəri Tural Abbaslı bildirdi ki, artıq 2 ildir yerli sahibkarlara biznes fəaliyyətləri sahəsində xidmət göstərməklə, onların yerli və xarici bazarlarda fəaliyyətlərinin tənzimlənməsində yaxından iştirak etmişdir. “Marketinq Sammiti” layihəsi isə şirkət olaraq bizim rol aldağımız ən vacib layihələrdən biridir.
22 Dekabr 2018-ci il tarixində Bakı Biznes mərkəzində təşkil olunacaq tədbir bir neçə yerli şirkətlərin yol yoldaşlığı və media dəstəyi ilə baş tutmaqdadır. Burada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azpromo, Azərbaycan Dəmir Yolları idarəsi, Aloprint, Vitam, Logix, EduHub kimi şirkətləri xüsusi vurğulamaqda fayda var. Əlbəttə ki, media qurumu olaraq biz də, milli iqtisadiyyatımızın inkişafına, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə istiqamətlənmiş bu tip tədbirlərin işıqlandırılmasında öz dəstəyimizi göstərməkdən məmnunluq duyuruq.
Ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik.
İlin son biznes hadisəsinə doğru – MARKETİNQ SAMMİTİ
13:58
5 Dek 2018