ABŞ-ın "Chemonics İnternational İnc." şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyindən xəbər verilib.
Məlumata görə, kreditorlar 3 ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 8, mənzil 105 ünvanına bildirə bilərlər.
Bundan başqa, "CHC Global Operations Canada (2008) ULC" şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Kreditorların tələbləri 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 45a ünvanında qəbul ediləcək.