Almaniya və İspaniyada “Amazon” şirkətinin distributor mərkəzlərinin əməkdaşları “qara cümə” günü tətil keçirirlər.
ELƏCƏ DƏ BAX: İtaliya şirkətindən Fərhad Əhmədova qarşı iddia - MƏHKƏMƏ BAŞLADI
FED.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, şirkətin Almaniya nümayəndəliyinin 626 əməkdaşı əməkhaqqının artırılması və sağlam əmək şəraitini təmin edəcək əmək müqaviləsi tələbilə işə çıxmayıblar.
İspaniya nümayəndəliyində isə əməkdaşların 90 faizə yaxını aksiyaya qoşulub.
Almaniya nümayəndəliyində ilkin məvacib saatda 10,78 avro, iki ildən sonra isə ayda orta hesabla 2397 avrodur. İlin ən qaynar günü keçirilən bu aksiyalar şirkətin fəaliyyətini poza bilər.
Qeyd edək ki, ABŞ-da Şükran günü bayramından sonrakı cümə günü ticarətdə tətbiq edilən qiymət endirimləri Avropanın da bir çox ölkələrində yayılıb və həftə boyu davam edir. Belə endirim günlərinə "qara" adı verilməsi mənfi məna daşımır, şirkətlər həmin endirimlərlə əlqədar olaraq, maliyyə hesabatlarında zərəri gördükləri üçün belə adlandırırlar.
İki min avrodan çox maaş alan işçilər – İŞƏ ÇIXMIRLAR
19:04
23 Noy 2018