Qlobal mebel nəhəngi İKEA, inflyasiya artdığı üçün bu il qiymətləri artırmaqdan başqa seçimlərinin olmadığını açıqlayıb.
Eləcə də bax: IKEA Rusiya və Belarusda fəaliyyətini - DAYANDIRIR
FED.az xəbər verir ki, brendin dünya üzrə ana şirkəti olan "Inter Ikea Group"un baş direktoru Jon Abrahamsson Ring deyib: “Qiymətləri yüksəltmək mənim ürəyimi parçalayır. Təəssüf ki, artan xammal və nəqliyyat xərclərini gözardı edə bilmərik”.
Ring, "Inter Ikea"nın son iki maliyyə ili ərzində bir milyard avrodan çox xərcləri öz üzərinə götürdüyünü bildirib.
İstehlakçılar yanacaq və enerji xərcləri artdıqca qeyri-vacib xərcləri azaltmağa meyllidirlər və bu, dünya üzrə pərakəndə satıcıların satışlarına mənfi təsir göstərir.
Abrahamsson Ring, qlobal böhranın baş verəcəyi qorxusu ilə istehlakçı inamının azalması ilə Ikea-nın satışlarının mənfi təsirləndiyini qeyd edib.
Ring, yüksək inflyasiya şəraitində şirkətin bu il indiyədək qiymətləri mümkün qədər aşağı saxlamağa çalışdığını qeyd edib.
Gələcəyə baxaraq, Baş direktor bu maliyyə ili üçün ehtiyatla optimist olduğunu və inflyasiyasının tədricən azalmağa başlayacağını söyləyib. (Marja)