Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda KOB-ların iştirakı ilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində layihələri maliyyələşdirə bilər.
Eləcə də bax: Azərbaycan-Qətər Birgə Biznes Şurası yaradılıb - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)) İdarə Heyətinin sədri Orxan Məmmədovun IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova və təşkilatın Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə eksperti Filip Drapak ilə keçirdiyi görüşdə deyilib.
Görüşdə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində birgə əməkdaşlığa, KOB-ların iştirakı ilə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.