Bu ilin 10 ayında Azərbaycanın xarici ölkələrlə ticarət əməliyyatlarının həcmi 28 milyard 276 milyon 884 min dollar təşkil edib.
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 053 milyon 014 min dollar və ya 12,08% çoxdur.
Eləcə də bax: Azərbaycana avtomobil idxalı - ARTIB
Bu ilin ilk 10 ayında Azərbaycandan xarici ölkələrə ümumi dəyəri 16 milyard 821 milyon 560 min dollar olan məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 850 milyon və ya 5,32% çoxdur.
Cari ilin yanvar-oktyabr aylarında idxal əməliyyatlarının həcmi 11 milyard 455 milyon 325 min dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 202 milyon 766 min dollar və ya 23,80% çoxdur.
İdxal olunan malların məbləğinin artmasına baxmayaraq idxal olunanan malların çeşid sayında azalma müşahidə olunur. Belə ki, ötən ilin 10 ayında 7367 ədəd çeşid var idisə bu il həmin göstərici 7321 olub.
Bu il idaxal-ixrac əməliyyatlarında ixrac/idxal əməliyyatlarının çəkisi 59,49% / 40,51% təşkil edib. Ötən il isə bu göstərici 63,32% / 36,68% idi.
Bu il xarici ticarət saldosu 5 milyard 366 milyon 230 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 352 milyon və ya 20,13% azdır.