2019-cu ərzində ölkə üzrə açıq məkanda reklam yerləşdirilməsinə dair sahibkarlarla bağlanılmış icazə müqavilələri əsasında 57 494 reklam daşıyıcısına icazə sənədləri verilib.
Eləcə də bax: Azərbaycan dilinin qaydalarına riayət etməyən - 6 028 OBYEKT AŞKARLANIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) 2019-cu il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, il ərzində açıq məkanda icazə sənədləri olmadan reklam yayımlayan obyektlərin (sahibkarlıq subyektlərinin) müəyyən olunması məqsədilə monitorinqlərin aparılması nəticəsində Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron inzibati rayonunda ümumilikdə 3 800-ə yaxın obyektə baxış keçirilib.
Müvafiq icazə sənədləri olmadan açıq məkanda reklam yayımlayan 1 835 obyekt aşkar edilib.
Eyni zamanda, estetik cəhətdən yararsız və ümumi görünüşə xələl gətirən reklamların, həmçinin müvafiq qanunvericilik aktları ilə qadağan olunmuş reklamların yayımının müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə əlavə monitorinqlər aparılıb.
Nəticədə 3 518 halda estetik cəhətdən yararsız və ümumi görünüşə xələl gətirən, habelə 328 halda müvafiq qanunvericilik aktları ilə qadağan olunmuş reklamların açıq məkanda yayımlanması faktı aşkar edilib. (Report)