Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov martın 14-də rəsmi qonaq qismində Caspian European Club-un təşkil etdiyi on ikinci CEO Lunch Baku-da iştirak edəcək.
Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
Onun sözlərinə görə, tədbir Caspian European Club-un Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.
Telman Əliyev vurğulayıb ki, CEO Lunch Baku-da qeyri-rəsmi Klubun üzv şirkətlərinin özəl sektor ilə Palata arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, CEO Lunch Baku üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradııb.
Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir.