2025-ci ildə “İstisu” mineral su zavodu MMC 1,7 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
"İstisu" mineral su zavodu MMC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında 8-ci yeri tutub.
Qeyd edək ki, qurum 2024-cü ildə dövlət ixracatçılarının reytinqində yer almamışdı.











