Amerikalı milyarder İlon Mask tarixdə sərvəti 800 milyard dollar həddini keçən ilk şəxs oldu oldu.
İlon Maskın sərvəti rekord həddə çatıb - 750 MİLYADR DOLLAR!
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
Məlumata görə, Maskın sərvətinin artması onun şirkətləri “SpaceX” və “xAI”ın birləşməsi ilə bağlıdır. Birləşmə nəticəsində biznesin ümumi dəyəri 1,25 trilyon dollar qiymətləndirilib və sahibkarın sərvəti 84 milyard dollar artaraq rekord səviyyədə – 852 milyard dollar olub.
Birləşmədən əvvəl Mask “SpaceX”in təxminən 42%-inə sahib idi. Birləşmədən sonra o, yeni şirkətin aktivlərinin təxminən 43%-inə nəzarət edir və şirkətin dəyəri 542 milyard dollar qiymətləndirilir.
Bundan əlavə, sahibkar "Tesla"nın təxminən 12%-lik səhm paketinə malikdir ki, bu da 178 milyard dollar dəyərindədir. (Trend)











