18 noyabr 2025-ci il tarixdə, saat 15:00-da “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında olacaq.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. “Səba” ASC-nin yeni redaksiyada Nizamnaməsi haqqında;
2. “Səba” ASC-nin Direktorlar Şurası haqqında;
3. “Qarabağ Taxıl” MMC-nin (VÖEN: 5000268351) “Səba” ASC-yə qoşulması haqqında;
4. “Biləsuvar Aqro” MMC-nin (VÖEN: 4100179981) “Səba” ASC-yə qoşulması haqqında;
5. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında yerləşən Cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər.
Ümumi Yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu: (+99450) 201 20 15 – Direktor (+99455) 215 08 60 – Hüquqşünas
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60