Hüquqi şəxsin təsisçisi fiziki şəxs kimi vergiödəyicisi ola bilərmi?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır.
Eləcə də bax: Vergi borcu olduqda banklar - NİYƏ BÜTÜN HESABA BLOK QOYURLAR
Belə ki, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəliklərinə, hüquqi şəxs isə təsisçinin öhdəliklərinə cavabdehlik daşımır. Eyni zamanda, qanunvericilikdə hər hansı hüquqi şəxsin təsisiçisinin həm də fərdi sahibkar kimi vergi orqanında uçota alınmasına və sahibkarlıq fəaliyyəti həyata keçirməsinə məhdudiyyət qoyulmayıb.